Şakir Xanhüseynli - Yaxşı tutmurmuş kimi
Ədəbiyyat
11:00 / 27.05.2026
Baxış sayı: 403
***
Yaxşı tutmurmuş kimi
bəzi fikir dalğalarını
qarışır bir-birinə,
qıjıldayır beynimdə
düşüncələr, xəyallar...
Bu yollar
hər addımıma
dar gələcək qədər genişdi, gendi;
bəzən də darlıqlar genişlikdəndi...
Yaxınların içində uzaqları,
təkliyinə ulayan yalquzaqları
axtarır gözüm...
Ayaq sürüyürəm
yüyürən zaman,
olur, güclə nəfəs alırmıştək, hə...
Axı, sərinliyin nəyimə gərək ,
üstümə işığı düşməyən kölgə?!.