Fərhad Tapdıqoğlu : - Kəlamlar
Qaranlıqda işıq axtaranlara böcəyin işığı mayak kimi görünər.
=
Elə yaşa ki,"yaşlaşıb,müdrikləşib,qocalıb " desinlər...
"Qarıyıb,qartıyıb,ağlı,huşu gedib " deməsinlər"...
=
"Söz verib," arxasında dayanmayıb qaçanlar tez yıxılarlar...
=
İmkanlı dostu olanın postu olmasa da,lmkanlı dostunun şərəfinə gözəl tostu olar.
=
Yerinə yetirilməyən sözlər ,vədlər əsasən içkili olanda verilən sözlər ,vədlər olur.
P.S Əşşi,"piyan" olmuşam da...
=
Gönü qalın olanın ağlı da yalın olar.
=
Uğur qazanmağın ilkin şərtlərindən biri çevik olmaqdır.Ağlın çevikliyi...hərəkətdə çeviklik...
=
Hörmət var-etik normalara riayətdir.
Hörmət var- "hörmətdir",rüşvətdir...cinayətdir.
=
Qarşılıqlı hörmətsiz məhəbbət olan evdə həmişə soyuq olar
=
Bir yalançı dostunun sənə vurduğu ziyan,on düşmənin vurduğundan çox olar.
=
Ağılsız adamla söhbət edərkən ,əsəblərini cilovlayıb ,özünü idarə etməyi bacaran insan,ən güclü,iradəli insandır.
=
Hörməti,izzəti "hörmət" etməklə qısa müddətdə qazananlar ,onu tez bir zamanda da itirərlər.
=
İnsan gənc yaşlarından həmişə oxuyub öyrənməlidir ki, qocalanda təkcə yaşına görə deyil,müdrikliyinə görə də hörmət etsinlər.
=
Böyüklük məsuliyyətdir,həm də şərəfdir.
Ona təvazökarlığınla ,mədəniyyətinlə, mülayimliyinlə ,xeyirxahlığınla nail ola bilərsən .
=
İnsanı yaşı yüksəltməz. Ağlı,elmi ,işgüzarlığı,insansevərliyi yüksəldər.
=
Suvarmaqla daş göyərmədiyi kimi,yaramaz,islaholunmaz orta yaşlı bir insana verilən öyüd-nəsihət də nəticə verməz.
=
Halal zəhmətlə qazanıb ,yediklərin nə burnundan gələr,nə də gözlərindən tökülər...
Tökülsə ,ancaq başından tökülər.
=
Yıxılanın qolundan tutub qaldırmaq insanlıq borcundur.
Fərq eləməz ,özü yıxılıb,...kimsə yıxıb...yaxud sən yıxmısan...
=
Yüksək vəzifə böyük adamlar üçün böyüklüyün,alçaq adamlar üçün alçaqlığın yüksək mərtəbəsidir.
=
Ailəyə,övladlara vaxt ayırmasan ,vaxt səni onlardan ayırar.
=
Gözləri ayaqlarının altını görməyənlər başları üzərində Böyük Yaradanı görməyənlərdir.
=
"Baş altına qoyulan hər yastıq" hamı üçün eyni dərəcədə rahat olmur.
=
Amalın ülvidirsə,xeyir əməl daşıyıcısı olmağın mütləqdir.
=
"Sözbazlardan " uzaq ol,sözün bazlarına ( söz,şeir xiridarları) yaxın...
=
Bəzən insan qocalanda elə zənn edir ki,güzgü onu aldadır...
=
Yalamaqla doyanların yemələrinə ehtiyac qalmaz.
=
Ailə " möhkəm qaladan hasarsız,çəpərsiz evə" çevriləndə fəlakət başlayır.
=
Sözləri "semiçka" kimi çırtlayanlar da var,"semiçka" çırtlaya-çırtlaya sözləri öldürənlər də...
=
Keçəl daraq gəzdirməz,özünə ,gücünə güvənən yaraq.
=
Faciə ilə bitən olayların əksəriyyətinin baisi,səbəbkarı "boğazdan keçməyən " sözlərdir .
=
Hər pıçıltı ilə deyilən sözlər sirr olmaz ,hər ucadan deyilən sözlər dürr.
=
Narahatlıqla yaşadıqlarım ,əslində ən rahat yaşadıqlarımdır.
=
Bir -biri ilə mehriban olan iki insanın paxıllığını çəkən ən azı bir nəfərin olması şəksizdir.