Elşən Əzim- ADAMI

Ədəbiyyat 17:17 / 30.05.2026 Baxış sayı: 361

Hər il illərimiz it üstə gəlir,

Adamın iti var, itin adamı.

İtin adamları qırır, sındırır,

Özündən arxayın, mətin adamı.

 

Bizi izləyəni tam izləyirik,

Kədər izləyirik, qəm izləyirik.

Biti canımızdan təmizləyirik,

Çıxır başımıza bitin adamı.

 

Onu əkib- doğan Dədə, Ciji var,

Onun halalı var, onun biji var.

Ana bətnində də ideoloji var,

Uşaq kimi doğmur bət(i)n adam

ı.

Tox adam əlinə ac adam baxır,

Yetimlər Allaha bacadan baxır.

Adam balasına ucadan baxır,

Hansısa oğraşın, gö....ün adamı.

 

Asandır ucaltmaq ad-san dünyada,

Çoxdur yediyini qusan dünyada.

Daha kimdir sevən asan dünyada,

Elşən Əzim kimi çətin adamı?

30.05.2026