Rafail Tağızadə - HANI

Ədəbiyyat 10:44 / 30.05.2026 Baxış sayı: 428

 

Gələn dəlisin gəzir,

bəs mənim dəlim hanı?

Hamının əli göydə.

Bəs mənim əlim hanı?

 

Yaman kövrək olmuşam,

bəs mənim ölüm hanı?

Göz yaşlarım dayanmır.

Bəs mənim gölüm hanı?

 

Düzülüb qoşa güllər,

bəs mənim gülüm hanı?

İçimdə odlanıram.

Bəs mənim külüm hanı?

 

Nə dəlim üzə çıxdı,

nə ölüm düzə çıxdı,

nə külüm dizə çıxdı.

Bəs mənim dilim hanı?

Rəfail Tağızadə