Adil Şirin -Küçə fənərlərinin...
Ədəbiyyat
12:22 / 30.05.2026
Baxış sayı: 330
*
Yağış qoxusu gəlir,
Buludlu havadan.
Bağda bir nəğmə ürküb
Uçdu isti yuvadan...
* * *
Küçə fənərlərinin
İşıqları titrəyir,
Gecənin qoynunda külək tövşüyür.
Pəncərəmə düşən işıq
Yuvasız quş kimi
Çırpınır... titrəyir... üşüyür...
* * *
Uşaqlıq xatirələri kimidir
İndi gördüyüm yaz yuxuları.
Yuxudan ayılıram,
Yastıgımda
uşaqlıgımın şirin qoxuları...