"Azərbaycanda ətin qiymətləri yüksəkdir."

İqtisadiyyat 21:55 / 13.09.2025 Baxış sayı: 2943

Heç  kimə  sirr deyil ki  bu  gün  ölkəmizdə  bir  çox  məhsul  var  ki , onların  satış  qiyməti sadə  vətəndaşların  ciblərinə  uyğun  deyil. Ona  görə  də  bu  mövzu  milli  məclisdə  də  müzakirə  predmeti  olub. Həmin  məhsullardan biri  də ətdir.

"Azərbaycanda ətin qiymətləri yüksəkdir."

Yenises.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə sədri Tahir Rzayev deyib.

O qeyd edib ki, əzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər.

"Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür", - deyə komitə sədri qeyd edib.