Fərhad Tapdıqoğlu - Yaxa

YAZARLAR 09:12 / 07.12.2025 Baxış sayı: 271

 

( hekayə)

Ənvər kişi həyat yoldaşını təyyarə limanından xaricdə yaşayan qızının yanına yola salıb, evə qayıtdı.Artıq günorta idi .O soyuducudan xanımının bişirib qoyduğu xörəyi çıxarıb qızdırdı,yedi.Sonra qabları syda yaxa- ladı,yudu.Ardınca hamama girib yaxa-landı...

Televizorun düyməsini basdı.Bütün günü "çal- çağırda olan TV-lər yenə öz amplualarında idilər...

Müğənni oxuyurdu:

"Ay sallanıb gələn dilbər,

Yaxa-n düymələ,düymələ".

Ənvər kişi bir anlıq xəyala daldı...

"--Cavan vaxtı geydiyi kostyumunun enli yaxa-sı olardl.Küçəyə çıxanda köynəyinin yaxa-sı açıq gəzərdi.

Ali təhsil alandan sonra ,müəssisələrin birində şöbə rəisi işləyəndə isə ,köynəyinin yaxa-sını düymələyər,qalstuk taxardı.İşdə məsuliyyətli idi,vicdanla işləyirdi, çünki necə deyərlər yaxa-sı əldə idi.

Həyatda çox şey görmüş ,çox oxuyub,çox öyrənmişdi...

"Yaxa yırtanlar"* da görmüşdü,"yaxa açanlar"* da...Kollektivdə hər cürə insanlar vardı: yaxa-sı ələ keçməyənlər də,yaxa ələ verməyənlər də.

Yaxa-sın tanıyıb,"qır-saqqız" olub, işləri düzəlməyənə qədər əl çəkməyənlər də vardı.

Hər nə olursa olsun yaxa- sını məsuliyyətdən kənara çəkməzdi."

...Tədaüddə olan Ənvər kişi bulvara gedib, bir az təmiz hava almaq istədi.Paltar dolabının qapısını açdı.Kostyumunun birinin yaxa-sı çirklənmişdi. Onu götürdü, aparıb kimyəvi təmizləmə məntəqəsinə verdi,sonra bulvar tərəfə endi...

Qocalıq yaxa-layırdı Ənvər kişini.Havalar da soyumuğa başlamışdı.

Ənvər kişi paltosunun yaxa-sını düymələdi,oturacaqların birində əyləşdi.Yaxa-sında yaxa kartı olan bir jurnalist

istirahət edənlərdən də müsahibə götürürdü.Yaxa mikrofonunu müsahibə verənlərin yaxa-sına taxıb,sual verir,cavab alırdı...

...Əynində sanki "dabankeş"lə geydiyi dar şalvar olan bir cavan oğlan kimisə axtarırmış kimi ora-bura boylana-boylana , yaxa-yaxa gəzirdi...

... Əyinlərində cırıq-cırıq şalvar,qısa gödəkcə,yaxa-larında sancaq ( broşka) olan iki yeniyetmə qız danışıb,gülüşürdülər...

Yaxa-sı "broşka"lı qızlara baxa-baxa , yaxa-ları qızıl düyməli xanımlar haqqında oxuduqlarını xatırladı Ənvər kişi...

Oturacaqların birində əyləşən yaxa-sı orden- medalla dolu bir əldən düşmüş qocaya da diqqət elədi...

Digər oturacaqların birində isə 6-7 yaşında olan bir oğlan uşağı anasının yaxa-sından yapışıb ,buraxmır,ağlayır ,onu yelləncəklərə ( karusellərə) aparıb mindirməsini istəyirdi...

Başqa bir oturacaqda isə gənc ana kiçik yaşlı övladının yaxa-sına yaxa-lıq bağlayıb,ona yaxmac yedizdirirdi...

Ənvər kişi paltosunun da,kostyumunun da, köynəyinin də yaxa-sını açdı,dəniz havasını ciyərlərinə çəkdi...

Bir nəfər orta yaşlı kişi telefonunun yaddaşında olan mahnılardan birinə səs vermişdi:

"Yar yaxa-sın düymələsin,

Düymələmir,özü bilsin"...

Ənvər kişi birdən üşüdüyünü hiss elədi.Tez köynəyinin də,kostyumunun da,paltosunun da yaxa-sını düyməlıdi,sonra ayağa qalxıb,evinə yol aldı...

Dediyi kimi hərdən "cızma-qara " edən Ənvər kişi öz-özünə danışırdı:

"--Yazmaq həvəsim yenə yapışıb yaxa-mdan əl çəkmir,deyir: yaz,ölüm səni yaxa-layıb, Əzrayıl yaxa-ndan yapışıb aparana qədər yaz"

...Gecə Ənvər kişinin yazı masasının üzərindəki gecə lampasının zəif işığı gəlirdi...

P.S. Bilməyənlər və bilib unudanlar üçün:

"Yaxa yırtmaq"-*- başqasını haqlı-haqsız müdafiə etmək,başqası üçün çalışmaq.

"Yaxa açmaq"-*-ölü üçün ağlamaq.