Müşfiqə Baləddin - Pəncərədən sırasın pozaraq tələsən
Ədəbiyyat
09:15 / 08.12.2025
Baxış sayı: 216
Pəncərədən sırasın pozaraq tələsən
yağış damcısıdır göz yaşlarım.
Pəncərədəki toranlıq qəlbin gözüdür
ətrafı görə bilmir.
Bir dərinlikdən çöküb buludlar göz qapaqlarıma.
Parçalı buludlu havadır xatirələrim ,
Seyrək seyrək boşaldır ürəyini üstümə...
Havada sənsizlik,
ruhumda səssizlik hökmü.
Sancısı qaranlığı boğur.
Az sonra Günəş çıxacaq göyün bətnindən..