Tanrıya təklif - Rafail Incəyurd Ismayilov
Allahım!
“Nə tökərsən aşına, o da çıxar qaşığına”
məsəlinin,
“Elədiklərin gec-tez qarşı gələcək”
inancının başını burax,
İnanmırlar, saymırlar, unudurlar elə bil.
Adamlar yaranmışların ən xatalısıdı,
əşrəfi-zadı deyil.
Səhvlərinin, günahlarının cəzasını
(elə yaxşılıqlarının mükafatını da!)
anındaca ver, təpgi göstər,
içində haqqı oyat.
Bax, onda düzələcək dünya,
Bax, onda gözəlləşəcək həyat.
08.12.25