Rəfail Tağızadə

Ədəbiyyat 08:35 / 08.12.2025 Baxış sayı: 123

Çıxım gedimmi gecədən

Çıxım gedimmi gecədən-

gecə mənim gecəm deyil,

kürəyimə atılan da

 

təzə dərddi, keçən deyil.

Əynimə çiskin geymişəm

qaranlığın qucağında,

əllərini qızdırıram

ürəyimin ocağında.

 

Şimşək qapımı döyür

sən gizlən içərimdə,

içimə bir işıq sal,

nur saçsın içərim də.

 

Pozar gecənin sükutun

cüt, qoşa addım səsimiz,

gəl, yaxın dur, isidəcək

bu gecəni nəfəsimiz.