Şair və yazarların diqqətinə

MƏDƏNİYYƏT 09:49 / 07.12.2025 Baxış sayı: 242

Hörmətli yazarlar, təklif edirəm ki, bu layihəyə qoşulaq. Hər birimiz Şəhidlərimizin həyat və döyüş yolunu əks etdirən bir hekayə, bir şeir yazmaqla həm öz borcumuzu ödəyək, həm də onların ruhunu şad edək.

*******************************

Şair və yazarların diqqətinə:

“1 Şəhid, 1 Hekayə, 1 Şeir” Şalayihəsinin 5-ci cildinə start verildi.

Layihənin şərtləri:

1. Şair və yazar dostlarımız Azərbaycan şəhidlərini qələmə alacaqlar. Yazılacaq hekayələr şəhid ailələri və ya yaxınlarının verdiyi məlumatlardan yola çıxılaraq və gerçək hadisələrə istinad edilərək mənalı, gözəl, dolğun və maraqlı yazılmalıdır.

2. Şəhidin həyat yoldaşı varsa ondan, yoxdursa 18 yaşı bitmiş oğlu/qızı(qanuni varisləri), evli olmayıbsa ata, ana və ya digər ailə üzvlərindən mütləq icazə alınmalı və bu icazəni əks etdirən “icazə vərəqəsi” yuxarıda adı keçən şəhid yaxınları tərəfindən imzalanmalıdır( icazə vərəqinin forması sizə daha sonra göndəriləcəkdir). İmzalanmış icazə vərəqələri “[email protected]” e-mail ünvanına göndərilməlidir. İcazə vərəqəsi olmayan əsərlər kitaba daxil edilməyəcəkdir.

3. Daha öncə hər hansı bir yerdə dərc edilmiş əsərlər qəbul edilməyəcək. Hər hekayə ən az 3, ən çox 10 səhifə olmalıdır (Times New Roman 12 punto).

4. Yazılan şeirlər heca və ya sərbəst şeir şəklində ola bilər. Şeirlər hekayəsini yazdığınız şəhidə ithaf olunmalıdır. Heca şeirləri max. 7 bənd olmaqla 1 səhifə, sərbəst şeirlər isə 1 word səhifə həcmindən artıq olmamalıdır(Times New Roman 12 punto).

5. Şəhid ailəsi bu layihə üçün heç bir ödəniş etməyəcəkdir və Yazar da qarşılığında heç bir ödəniş tələb etməyəcəkdir. Bu, icazə vərəqində tərəflərin imzası ilə təsdiq ediləcəkdir.

6. Yazılan hər bir əsər yoxlanması üçün “[email protected]” e- mail ünvanına göndəriləcək və Redaksiya Heyəti tərəfindən incələnəcəkdir. Redaksiya heyəti əsərlərdə( hekayə və ya şeir) hər hansı bir qüsur aşkar edərsə onları düzəltmək üçün yazara geri qaytaracaqdır. Şəhidin və yazarın bir ədəd rəngli vəsiqə şəkli də əsərlərlə birlikdə yazar tərəfindən adı keçən e-mal ünvanına göndərilməlidir.

7. Redaksiya heyəti göndərilən əsərlərdə dəyişiklik etmək: qısaltmaq, əlavələr etmək, dövlət, xalq və şəhidin nüfuzuna xələl gətirə biləcək cümlə və sözləri ləğv etmək hüququna malikdir. Əsər sahibi layihəyə qoşulubsa bunu qəbul etmiş sayılır.

8. Yazarlar şəkilləri ilə yanaşı öz haqlarında kiçik tərcümeyi-hal da təqdim etməlidirlər. Yazarın özü haqqında olan məlumat qısa, lakonik, özünütərifdən uzaq olaraq yarım səhifəni keçməməlidir(yazarın müəllifi olduğu kitab sayısı göstərilməlidir, lakin “filan antolojidə, filan jurnalda filan əsərim çap olunub, filan yerdə, filan tədbirdə iştirak etmişəm” kimi cümlələr yer almamalıdır.

9. Redaksiya heyəti üzvlərinə 1, Yazara 1 və Şəhid ailəsinə 2 kitab hədiyyə ediləcəkdir.

10. Hər yazar yalnız bir əsərlə(hekayə+şeir) layihəyə qatıla bilər.

11. Əsərlər proje rəhbərlərinin təyin etdiyi vaxta qədər təhvil verilməlidir. Həmin tarixdən sonra göndərilən əsərlər qəbul edilməyəcəkdir.

12. Kitab nəşr ediləndək yazarlar kitaba təqdim edəcəyi əsərlərini sosial media hesablarında paylaşmamalıdırlar.

13. Kitab nəşr edildikdən sonra kitabın təqdimat mərasiminə yazar və şəhid ailəsi də qatılacaqdır.

14. Ehtiyac olduqca Redaksiya heyəti tərəfindən bu nizamnaməyə yeni maddələr əlavə edilə bilər. Kitabda Azərbaycan şəhidlərinin həyat hekayələri yer alacaq. Kitabda hər yazarın bir şəhid haqqında həm hekayəsi, həm də şeiri dərc ediləcək. Yuxarıda qeyd edilən şərtləri qəbul edib layihəyə qatılmaq istəyən yazarlar istənilən mövzuda 3-4 səhifəlik hekayə və 3-4 bəndlik bir şeir yazıb, əlaqə nömrələri ilə birlikdə [email protected] ünvanına göndərməlidirlər. Əsərləri bəyənilən yazarlar iştirakçılar siyahısına salınacaqlar.

Layihə rəhbəri:

Harun Yıldırım

Azərbaycan üzrə koordinatorlar:

İlhamə Müslümova

Namiq Müslümov