Bəhram Bilaloğlu - Dost deyib dostumu sirdaş edəndən
Dost deyib dostumu sirdaş edəndən,
Köhnə xatirələr ərzini etdim.
Tufan fikirlərin fırtınasından,
İnkişaf yolunun fərzini etdim.
**
**Yollar ayrılsa da, sözlər bir oldu,
Hisslərim qarışdı, gözlər dür oldu.
Baxdım,ümidlərim ümidsiz qaldı,
Bilmədim, canıma mərzini etdim.
**
**Gözlə, bir gün olar qismətindisə,
Çalış həya elə ismətindisə,
Düzgünlük-doğruluq söhbətindisə,
Yazaram göylərə, tərzini etdim.
*
**Coşdurma arazı, kürü bu dəmdə,
Səsini saxlayar daim bu bəmdə.
Oxusa avazla yüz on dörd,bəndə,
Bilin ki, şeytanın qərzini etdim.**