Təranə Məmməd- İlin son rubailəri

Ədəbiyyat 17:21 / 07.12.2025 Baxış sayı: 334

 

Aramızda bir düyün var, açılmaz,

Sevgi yoxsa, qəlbə qapı açılmaz.

Həyatın sərt qanunu var əzəldən,

Ölüm varsa, ayrılıqdan qaçılmaz.

*****

Hər dəmirdən oddavamlı sac olmaz,

Daranmayan hörüklərdən saç olmaz,

Həya gedib, ar azalıb, haqq itib.

Bəlkə ondan ölüm çoxdur, olum az?