Əlirza HƏSRƏT - DAĞLARI

Ədəbiyyat 11:19 / 07.12.2025 Baxış sayı: 326

 

Sıxıb gözlərini,basdı bağrına,

Nə gözəl islatdı bulud dağları.

Qatardan ayrılmış tənha dünyanın,-

Qanadı altına gəl tut dağları.

 

 

Hər dua əbədi Şaman oyunu,

Gəl bir də oynayaq haman oyunu.

Tutub gözlərini duman oyunu,

Qorxutmur cərimə,aut,dağları.

 

Gözümə qoyduğum son yarpaqdı ki,

Nə dost əl eylədi,nə yar baxdı ki.

Vallah,başdan-başa sinəm sağdı ki,

Şair,hünərin var ovut dağları.