Adil Şirin - Sən xəyala dalmısan

Ədəbiyyat 12:56 / 07.12.2025 Baxış sayı: 387

 

* * *

Sən xəyala dalmısan,

Pəncərənin önündə.

Qəlbim paramparçadı,

Ah, bu yağışlı gündə.

 

Daha nə deyim sənə,

Heç bilmirəm daha nə.

Bütün umu küsülər,

Bəhanədir, bəhanə.

 

Sevdasız axşamlarda

Gül soyuq, çicək soyuq.

Sən ümidsiz günlərin,

Yağmurlarıtək soyuq...

 

Yağış pıçıldayır mənə,

Unut onu, unut onu.

Göz yaşıyla bitəcək

Ümidsiz sevginin sonu...