Aləmzər Sadıqqızı - Bahar...
Sevgi nəğmələri pıçıldar bahar....
Çiçəklər söyləyər bildiklərini.
Ürəyim bilsəniz nələr arzular...
Durnalar gətirə sevdiklərimi.
Öpə saçlarımdan telim oxşaya...
Sığınam köksünə körpələr kimi.
Həsrət dənizinə qoşulub gələ...
Dərdimi soruşa ləpələr kimi.
Hər bahar gələndə yağışa dönər...
Qoşular buluda yağar gözümə.
Buludlar min nağıl,hekayə söylər..
Bir kövrək qəm yağar dolar sözümə.
Darıxar cənnətdə ata qucağım...
Durnaya, çiçəyə, yağışa dönər.
Götürüb getdiyi ata payımı...
Yağmurla, çiçəklə geri göndərər.
Mənim ümidimin qapılarına...
Papaqlar atılmaz, xonçalar gəlməz.
Atalar qapıdan çıxdığı gündən...
Heç qardaş payıda qapıdan girməz.
Aləmin ürəyi yara yeridi...
Hər bahar sızlayar, yeri
göynəyər.
Mənim həsrətimin qəm dastanını...
Əllərim yazsada gözlərim söylər.