Gülnar Ümid - Hər gün söz verirəm ...

Ədəbiyyat 10:11 / 05.03.2026 Baxış sayı: 173

Hər gün söz verirəm bir daha olmaz,

Gözümdən kənara qoyuram səni.

Ürəyim yaman pis vərdiş eliyib,

Gedib yaddaşımda tapıram səni.

 

Elə pis vərdişsən, əl çək ömrümdən!

Yuxuda imkan ver tərgidim səni.

Ümidi çəkmişəm, düşmə yadıma,

Götürüb ürəyi tərk edim səni.

 

Ağıl axtarıram, ağıl nə gəzir,

Mən səni sevəndən veyil-veyiləm.

Hərə öz ağlından bir nəzir verir,

Səni unutmağa meyil deyiləm.

 

Kəmşirin günləri ötürür ömür,

Təngnəfəs yoldayıq, baş ayaqyalın.

Dünyanı öz oxu fırladır hər gün,

İşə bax başımı sənin xəyalın..