Ağaevli Əli Hacı - Sən,deyən zamandır,zaman
Sən,deyən zamandır,zaman
Nə böyük var,nə də kiçik !
Yerdə sözün qiyməti yox,
Göydə Allahdan küsmüşük !
Sən,deyən havadır,hava
Oyna dünyanın sonunu !
Çıx sinəmə,dağlara bax
Öldür gözünün qurdunu !
Sən,deyən Ay batıbdır,Ay
İş-gücümüz çıxır faldan !
Ömür-ətsiz sümük kimi,
Ağız açıq,dil qıfılda !
Sən,deyən gün gəlibdir,gün
Qəlbdən qəlbə yol ağrıda !
İçimizdə od püskürür,
Çat-çat olub çöl ağrıdan !
Sən,deyən an gəlibdir,an
Hay-küyümə elim gəlmir !
Olum tutmur əlimizdən,
Əl tutmağa ölüm gəlmir !