Adilə Nəzər - bir mart səhəridir...
bir mart səhəridir,
ağaclar əldən düşmüş saçlarını yelləyir..
ruha işləyir ömrü tükənən qış..
ağacların altında dəyərini itirmiş quru yarpaqlar
qoşulur Bakının küləklərinə... -
hər şey sizin olsun, -
deyircəsinə
qayğısız...
sovrulub gedir həyat...
və yaşanmadan xatirəyə dönür xəyallar..
hər şey bir işarətdir,
hər şey bizi xatırladır...
02.03.2021