Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ - YENİLƏNİB
Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Yenises.az xəbər verir ki, Türkiyə Prezidenti İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.
Dövlətimizin başçısı telefon zənginə və mövqeyinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
***18:52
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Yenises.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ölkə rəhbərləri İranın Naxçıvana hücumunu müzakirə ediblər.
Ərdoğan pilotsuz təyyarə hücumunu pisləyib, İlham Əliyevə və Azərbaycan xalqına "keçmiş olsun" diləklərini çatdırıb.