Adil Şirin- Uzun yollar yolçusuyam

Ədəbiyyat 12:45 / 28.02.2026 Baxış sayı: 333

* * *

Uzun yollar yolçusuyam,

Mən torpağam, odam, suyam.

Nəyəmsə bax elə buyam,

Bu quş, bu daş, bu da insan.

 

Bu payız, qış, bu yaz, bu yay,

Ox uçar çəkilincə yay.

Dostum, sən saydığını say,

Keçər, qalmaz belə dövran.

 

Mən bu zamanı devirdim,

Olacaqları gördüm.

Bir salavat çevirdim,

Bu Qızılgül, bu da Quran...