Əşrəf Veysəlli - KÖNLÜMƏ- KÖNIÜMƏ

Ədəbiyyat 18:00 / 27.02.2026 Baxış sayı: 171

 

(Nəğmə)

Daş olaydı ürəyim,daş

duymayaydı heç səni kaş.

Nə axırsan yavaş- yavaş

çeşmə, könlümə- könlümə.

 

Bu nə görüş, bu nə vüsal,

həqiqətsən yoxsa xəyal,

Qalırsansa gözümdə qal,

köçmə könlümə- könlümə.

 

Gəl ömrünü vermə yelə,

salma məni çöldən çölə.

Ay insafsız, insaf elə

düşmə könlümə- könlümə.

 

Könlüm həsrət yuvasıdır,

o qəm, o dərd yuvasıdır.

Yerin cənnət yuvasıdır,

keçmə könlümə- könlümə.

1988- ci il.