Elnur Uğur - Torpağını güllələdi...
Torpağını güllələdi,
Dost dediyin qarı düşmən.
Xoca adlı o müdrik yurd,
Şəhiddi mənçün o gündən!
Sənlə insan insanlığa,
Ləkə vurdu sərt qış günü.
O gün Allahın insana,
Bəlkə də,ilk qarğış günü!
Doğulmayan körpələrin,
Ana bətnində qətlində,
Təkcə insan ölmədi ki!
İnsanlıq öldü, əslində!