Aləmzər Sadıqqızı - Gəl desən ...
Qoy bir az toparlanım,
Sənə söz...güləcəyəm.
Mən yanına gələndə,
Ağ üzlə gələcəyəm...
Məni bağışla Tanrım,
Səni bir az unutdum...
Təkcə Sənin xətrinə
Göz yaşımı qurutdum.
Mənimçün bundan sonra,
Bir Sən varsan, bir də Sən!
Sevə-sevə gələcəm,
Haçan mənə gəl desən...
27.2.2025.