Ay Bəniz Əliyar - TAMAM BAŞQA İDİ

Ədəbiyyat 19:30 / 27.02.2026 Baxış sayı: 162

 

Başqa ümid vardı sabahımızda,

Tamam başqa idi duyğularımız.

Narahat deyildik günahımızdan,

Başa gəlməmişdi "qayğı"larımız.

 

Bu ömrü sürümək çətin deyildi,

Asanca kirimək deyildi çətin.

Yolları yerimək çətin deyildi,

Yollarda yerimək deyildi çətin.

 

Tanrı düz bölmüşdü ömürdən bizə,

Kədərli illəri, xoş illəri də...

Narahat baxmırdıq şəkilimizə,

Aldada bilirdik şəkilləri də...

Düşmənə çəkmirdi ayaqlarımız,

Güc-qüvvət var idi ürəyimizdə.

Narahat deyildik kürəyimizdən,

Dost əli var idi kürəyimizdə.

Kədərdən üstünə divar tökürdük,

Ürəkdən imisti bir evcik qurub.

Rəngli yuxularla film çəkirdik,

Dünyanın ağ-qara fonunda durub.

AY Bəniz