Şərafət Şəfa- Dalgalan, Bayragım, əs Turanımda..
Dalgalan, Bayragım, əs Turanımda..
köksümdə alısan közüm var mənim.
Vüqarla dalğalan Qarabagımda
Ona deyiləsi sözüm var mənim..
Kəfənim biçilsin sənin rəngində,
Himn ilə tapşırın məni torpaga.
Qələbə əzminlə xos ahəngində,
Dalgalan bayragım, əs Qarabagda..
Göylərdə qanadlı mənim bayragım,
Polad, Mübarizin ruhundadı o.
Vətən sevgisiylə coşan çagların,
Şəmşir, Ədalətin sazındadı o.
Dalgalan, Bayragım, əs Turanımda..
Köksümdə alısan közüm var mənim.
Vüqarla dalğalan Qarabagımda,
Hələ deyiləsi sözüm var mənim..