Qarabağ Universitetində müəllimlər nə qədər maaş alacaq?

Elm 12:48 / 14.06.2024 Baxış sayı: 1666

Çalışırıq ki, savadlı, istedadlı, bacarıqlı tələbələrimiz Qarabağ Universitetinə cəlb edilsin.

Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.

"Bu il universitetin ilk tədris ilidir, yəqin ki, hansısa çatışmazlıqlar olacaq. Amma biz Qarabağ Universitetini bir yerdə quracağıq. Qarabağ Universitetində əsasən tələbələrə güzəştlər nəzərdə tutulur. Müəllimlərə isə universitet qaydalarına əsasən əməkhaqqı veriləcək və yaşayış yeri ilə təmin edək. Orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq. Universitetə hazırlıqlı müəllimlər cəlb ediləcək" - nazir qeyd edib.