Ermənilər Azərbaycanın ABŞ-dəki konsulluğunun binasına HÜCUM ETDİ 

DÜNYA 12:50 / 20.09.2023 Baxış sayı: 1672

Azərbaycanın ABŞ-ın Los-Ancelos şəhərindəki Baş Konsulluğunun binasına boya tökülüb.

Yenises.az  xəbər verir ki, bu barədə video sosial şəbəkədə yayılıb. Bildirilib ki, Baş Konsulluğun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb.

Azərbaycanın diplomatik missiyasının binasına hücumu ermənilərin törətdiyi bildirilib.

Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib.(“Unikal”)