Ələsgər ƏLİOĞLU : - QOÇAQ AĞAC

YAZARLAR 08:12 / 09.06.2025 Baxış sayı: 1233

 

                             (Hekayə)

Bir gün Ələsgər qardaşı Turquta dedi:

--Gəl,hərəmiz bir ağac əkək. Görək kimin ağacı qoçaq çıxır!..

Qardaşlar belə də etdilər..Ələsgər bir şaftalı tingi, Turqut isə bir qələmə çubuğu əkdi.İkinci il Turqutun qələməsi boy atıb Ələsgərin şaftalı ağacını keçdi...

. Turqut elə hey öyünüb deyirdi ki, mənim əkdiyim ağac daha qoçaqdır. Sənin əkdiyin ağacı ötüb keçdı!..

Aradan günlər- aylar ötdü....Üçüncü ilin yayında Ələsgər bağda Turqutu yanına səslədi:

-Turqut ağacını çox tərifləyirdin. Barından dər gətir yeyək.

Turqut gözlərini döyə_döyə qaldı...

Ələsgər qardaşının qolundan tutub özünün əkmiş olduğu şaftalı ağacına sarı çəkdi:

- Turqut, mənim ağacım nubar kimi iki şaftalı gətirib. Biri mənim, birii də sənin.Amma unutma, o ağac qoçaqdır ki, bar-bəhər verır!..

07.06.2025

Sehirli Naftalan sanatoriyası