Bəhram Bilaloğlundan İKİ ŞEİR

Ədəbiyyat 11:39 / 08.06.2025 Baxış sayı: 6042

Özüm öz ipimdən asılan kimi,

Duyğular əlində əsir qalmışam.

Elə üzülmüşəm içdən,fənai,

Puç olub xəyallar, yesir qalmışam.

 

İnciyən könlümə yer də tapmıram.

Yorğunluq halımdan əfsus,qopmuram.

Etibar etdiyim atı,çapmıram,

Atsız bu dünyada kəsir qalmışam.

 

Yanmışam həsrətdən,külə dönmüşəm.

Sevgidən yaranan telə dönmüşəm.

Ayrılan əllərdən ələ dönmüşəm,

Həsrətin odunda mən,sirr qalmışam.(2)

 

Səpmə yarama duz,belə dağlama.

Yalandan qəmlənmə,sən də ağlama.

Verdiyin zülümə kəmər bağlama,

Asılan kəmərdə səbir qalmışam.

***

Sevgi fərasətdən yaranacaqsa,

Cəhd elə, aşiq ol,yubanma ey kəs.

Dünyanın ən gözəl güllərin dərib,

Qəlbinin hər günün gəl,eylə məbəs.

 

İtmə gözlərimdə,olma ay kimi.

Şəfəq saç üstümə,ovut mey kimi.

Eşqimin içində ulu ney kimi,

Zirvələr fəth elə,qopma ey həvəs.

 

Günəşim sönməsin,yanan köz olsun.

İsitsin əlləri,əllər döz olsun.

Səmaya ucaldan bizi,söz olsun.

Sözlərin içindən boy at ünlü səs.

 

Təbəssüm,xoş niyyət,yaşadar hər dəm.

Gözlərdə böyüməz, kiçilər hər qəm.

Sevgidən sevgiyə düşərsə,çən, nəm,

Məhəbbət yolunda yaradar qəfəs.