Əlirza HƏSRƏT : - AYRILIQLAR

Gündəm 07:52 / 08.06.2025 Baxış sayı: 1954

 

...Mən ölmüşə hər adda,

Doğmadır ayrılıqlar.

Boğazımdan keçməyən,-

Loxmadır ayrılıqlar...

Daha dəymir gözümə,

İsinən yox közümə.

Biz ayrıldıq...üzümə,-

Baxmadı ayrılıqlar...

Sən tənha Qu,mən göləm,

Ürəyim gəlmir öləm.

Nə bölünən,nə bölən,

Çıxmadı ayrılıqlar.

Xatirələr xəzəli,

Yox axırı,əzəli.

Desinlər,o gözəli,-

Yıxmadı ayrılıqlar...