Elşən Əzim : - Mən o zaman...

Mən o zaman ölmüş idim
Qabığından çıxıb- gedib
təzə qabıq geyinməyən
İlan kimi
Yaşayırdım öz dilimdə
Anam mənə arzu tutan
Söz dilində
Yaşayırdım
Yalan kimi.
Sən mənə qalmadın axı
Mən zamanın bəri tayı,
Sən o tayı
Zaman keçdi aramızdan
Mən bir ilan qabığıydım
Qabıq kimi çürüyürdüm
Sən dolanıb ilan kimi
Sabahlara sürünürdün .
Bu dünyaya yüz ad qoyduq
Qabıq dünya, ilan dünya.
Bu dünyanın bir adı var
Yalan dünya, Yalan dünya.