Xanım İsmayılqızı- Gedənlərim - göy qurşağı...

Dərinə qazdım ölkəmi,
Kəsib tulladım kölgəmi.
Bulud üstündə bir gəmi
Göyə çəkdi yaraşığı...
Addımı özümə atdım,
Kələfin ucuna çatdım,
Oyandım və yenə yatdım,
Bir az da düşdüm aşağı...
Ovcumdakı - həyat imiş,
Təzə deyil - boyat imiş,
Gələnlərim - ovqat imiş,
Gedənlərim - göy qurşağı...