Nigar Rəfibəyli : - Deyilsən.

Ədəbiyyat 08:13 / 08.07.2025 Baxış sayı: 3297

Mən niyə baxıram yollara, yenə?

Sən ki, bu yollardan gələn deyilsən.

Bir zaman qoymazdın ürəyim yana

İndi bir dərdimi bilən deyilsən...

 

Qəmimdən xəbərsiz, məndən xəbərsiz,

Daha bu yerlərdə salmadın bir iz

Ürəyim nə yaman darıxır sənsiz?

Sən ki, bir danışıb gülən deyilsən...

 

İnsan baş çıxarmır bəzən özündən

İnciyir dostunun bircə sözündən...

Mən çox ağlasam da sənin üzündən,

Sən ki, göz yaşımı silən deyilsən...