Ağaevli Əli Hacı : - Yıxılıb könül minarəm,

Ədəbiyyat 08:35 / 08.06.2025 Baxış sayı: 1208

Yüz Kəbədən yeyrəkdir,. Bir könül ziyarəti.

                                           Yunus Əmrə

Yıxılıb könül minarəm,

söz gəzirəm bərpasına !

Tanrı, göydə bulud verib,

yerdə - torpaq yarasına !

 

Quru oldum yaş yerinə,

başı qoydum daş yerinə !

Çıx,vaxtımın boş yerinə,

nəzər eylə havasına !

 

Aç kitabı A-dan başla,

ya,əvvəli Z-dən başla !

Sonu götür,məndən başla,

gələn olsun qapısına !

 

Bu Məsciddi,o Kilsədi

yerdə göyün əsiridi !

Könlüm-Tanrı əsəridi,

baxa bilsən harasına !

 

Tanrı,kəsməz söz-əlimi,

qırmaz havam qələmimi !

Ucaldıram minarəmi,

dönsün sözün yuvasına !