Kəramət : - Balıqçı qəsəbəsi, dul qadın

Balıqçı qəsəbəsi, dul qadın
balıq yeməz
balığa bənzəyən gəlin.
Uzanan qollarıdı avarlar balıqçıların
Burda sevgililər bir-birinə
"sevgilim-əzizim-gülüm" deməz
"balığım" deyər.
və
bircə misralıq şərqisi olar ayrılıqların
"Balıqların şahı ölüb dəryada"
Qarğıyanda
-Dənizə atılan torun boş qalsın,-deyərlər.
Balıq yeməz
qara paltarlı Balıq qadın
dəniz udmuşdu ,
balıqlara yem olmuşdu
balıqçı.