Zəka Vilayətoğlu: - Məst olasan, bu sehrdə, sirdə sən!

Ədəbiyyat 15:01 / 07.06.2025 Baxış sayı: 2161

Yağış ola, duman ola, dağ ola,

Çicək ola, çəmən ola, bir də sən!

Nəfəsində xoş ətirlər yarışa!

Məst olasan, bu sehrdə, sirdə sən!

 

Bu şəhərin səsi yorub ruhunu

Toz, dumanı, sisi yorub ruhunu,

Bədxahlığı, pisi yorub ruhunu,

Bu minvalla qul olarsan dərdə sən!

 

Zəka, çıxart bu həyatın dadını,

Xoş işlərə möhür eylə adını,

Qoyma sönsün ürəyinin odunu,

Eh! Nə zaman yandırarsan bir də sən?!

 

07.06.2025