Aida Adıgözəl :- Boş ver yağışları, boş ver havanı,

Boş ver yağışları, boş ver havanı,
Boş ver buludları, boş ver səmanı
Könlün nəm çəkibsə, yanmırsa atəş
Bəhanə gətirmə dağda dumanı.
Boş ver incikliyi, boş ver küsməyi,
Boş ver gen gəzməyi, salam kəsməyi
Səmtin dəyişibsə xəzri, giləvar
Səninçün nə fərqi hardan əsməyi?
Boş ver mən aranam, boş ver sən dağsan,
Boş ver, əsas odur -şükür, sən sağsan.
Haçan qovuşdu ki, dağlar arana,
Əllərin ta çatmaz, çox, çox uzaqsan...