Xatirə Rəhimbəyli - Gəlməz,

Ədəbiyyat 12:57 / 07.07.2025 Baxış sayı: 1355

Ürəyim sızlayır səsindən ötrü ,

Sözünün acısı eynimə gəlməz .

Səsin də dünyanın keyfinə gedir ,

Bircə yol hərlənib bu qəmə gəlməz .

 

Hər sabah çarmıxa çəkilər ahım ,

"Ən-əl-sən " demişəm ,bumu günahım ?!

Adına bir ölkə qurmuşam ,şahım ,

Bəs nədən insafın ölkəmə gəlməz ?!.

 

Yıxıb inancları,danıb dinləri,

Sevginin canına saldın cinləri

Ruhumun o xilas göyərçinləri ,

Nə çağrışa baxmaz ,nə dənə gəlməz .

 

Adına doğulub ,sevgim ,hər nəsə,

Ürək sına-sına,qəlb əsə-əsə...

Bu dəfə sevdiyi rəhmə gəlməsə,

Bu can bu cahana ... eh, yenə gəlməz