Ələsgər ƏLİOĞLU : - YOL ÇƏKİRƏM TORPAĞA.

.Mamırlayır neçə-neçə diləyim,
Öz içimdən əsib gəlir küləyım...
Bir zamanlar çiçəkləyən ürəyim,
Daha çıxıb bu bəxtimin huşundan.
Sözlərimin xəmiri də acımır
Öz içimə yapanmıram acımı...
Qanadları elə sınıb, uçanmır,
Əl üzürəm bəxtin şahlıq quşundan.
Sözlərimlə mən girirəm sınağa,
Buludlarım hey döşənir varağa....
Yavaş-yavaş meylim qonan torpağa,
Yol çəkirəm taleyimin qışından...
07.07.2025