“Makron yaxşı oğlandır, amma sözünün çəkisi yoxdur” - Tramp

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq planını rədd edib.
Yenises.az “Reuters” agentliyinə istinasən xəbər verir ki, bu fikri ABŞ prezidenti deyib:
“Onun dedikləri önəmli deyil. O, çox yaxşı oğlandır. Ondan xoşum gəlir, amma bu sözünün çəkisi yoxdur” - Tramp Ağ Evdə jurnalistlərə deyib.
Qeyd edək ki, Emmanuel Makron sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb