Elnur Uğur - Qadın Tanrının eşqi,

Qadına zülm edənin,
Yuyulmaz ki,günahı!
Qiyamətədək qalmaz,
Uzunsaçlının ahı!
O zərif gül ətrini,
İçində boğmaq günah!
Qadının göz yaşların,
Vallah,götürməz Allah!
Bir qadın ağlayırsa,
Gözündən eşqdir axır!
Yaradan eşqi yerə,
Xilas vermişdi axı!
Ay eşqə can verənlər,
Eşqi yerə salmayın!
Qadın Tanrının eşqi,
Ona qatil olmayın!