Todanın gülüş dəqiqələri...

YAZARLAR 15:34 / 11.09.2025 Baxış sayı: 2830

Məmmədəli ilə Əliş küsülü olurlar. Günlərin bir günü hər ikisi ayrı-ayrılıqda qoyun növbəsinə getməli olur Günorta hər ikisi heyvanları yaylıma endirib, özləri də bulaq başında dincəlir.

Əliş popiros yandırmaq istəyəndə baxır ki kibrit şöpü qurtarıb. Nə etsin, necə eləsin, ora-bura vurnuxur.

Öz-özünə deyinir və ucadan deyir:-Bu andıra qalmış kibrit niyə qurtardı görəsən?!

Görəsən bu zəhləm getmişdə kibrit varmı. Verəydi popirosu yandıraydım. Məmmədəli də qayıdır ki, cəhənnəmə qurtarıb, gora qurtarıb. Andıra qalmışını çox götürəydin deyərək kibriti Əlişə tərəf atır. Əliş porirosu yandırıb bir-iki qüllab vurub oxayyy deyir.

İndi də Məmmədəli baxır ki bunun da popirosu qurtarıb. İndi də bu başlayır ki bəs bir-iki siqaret versəydi mən də çəkərdim. İndi də Əliş deyir cəhənnəmə yoxdu, qara gora yoxdu. Çox götürəydin qurtarmayaydı...

Hər ikisini gülmək tutur və bir- birini qucaqlayıb barışıllar

 

 

Təqdim etdi - Tofiq Əmrahov