Bəhram Bilaloğlu - Bir ömürdü yaşayıram,..
Ədəbiyyat
11:59 / 11.09.2025
Baxış sayı: 5297
Bir ömürdü yaşayıram,
Tale yükün daşıyıram.
İtaətə başlayıram-
Məkanımı unutmayın.
Keçir neçə sərhəd ayaq,
Rəbbim olur mənə dayaq.
Cismim yatmaz, ruhum oyaq,
Yatmışlara daş atmayın.
Sənlə bitər son nəfəsim,
Dünya olmaz dar qəfəsim.
İlahidir yüksək səsim,
Eşq səsimi tanıtmayın.
Sükutumu pozmaz zaman.
Xoşbəxt edər səcdəyi an.
Əhli-beyət olmaz nadan,
Siz onlara heç qatmayın.