Şakir Xanhüseynin ŞEİRLƏRİ
1
BİR ŞAİR ÖLÜR
bir şair ölür
masa arxasında
odla su arasında
öz əli öz yaxasında
bir şair ölür
diridi kədərlər, dərdlər,
aman, aman boz sifətlər...
nə etdiniz, namərdlər
bir şair ölür
o yanlıqdı, o yanlıq...
gözlərində dərin bir nigaranlıq
ey qaranlıq
işıqlı bir şair ölür
2
***
süfrədən bir əlcə çörək götürür,
düşünürəm:
azca təbəssüm də yeməyi tama gətirir,
ona dad verir...
görürəm ki,
ayağını sürüyə-sürüyə gedir
bəlkə də başından min qəza keçənin biri.
ayağını yerə dirəyib o;
dünya çətinliklə fırlanır,
paho...