Hətta düşməninin də ölümünə sevinmə...
Çünki, sən öldürməmisən!
Elxan Nəbiyev deyilən adam... İstər QURANİ KƏRİMi, istər İNCİLİ, TÖVRATı və ya Tolstoyun, Drayzerin kitabını yandırsın. Bu onun cahilliyidir. Kitab oxunmaq üçündür. İstər oxu, istər oxuma.
İnsanın hansısa sevmədiyi dövlət başçısının devrilməsi və seçilməməsi də elə bir şeydir... Seçilməyibsə, devrilibsə, yenə də sevinmək lazım deyil...Yerinə seçilən deyilsə insan sevinməsin. O adam sevinsin ki, həmin postda indi o oturacaq. Hər seçiləni alqışlarla taxtda oturdan o qədər inamı puç olan fədailər var ki....
Nə fərq edər kimdir idarə edən. Tarix boyunca heç zaman ədalətli güc strukturu olmayıb.
Kiminsə ölümünə, süqutuna, əzabına , xəstəliyinə sevinmək də cahillikdir. Xırdaçılıqdır. Xırdalıqlarda ilişib qalan insan heç zaman yüksəklərə qalxa bilməz. Öz cılız dünyasında sağa-sola pəncə atar.
Kimsə ateistirsə - dini qəbul etmirsə, kimsə qəbul edib-əməl etmirsə, başqa biri fanatikdirsə( Bu yerdə bir haşiyə çıxım, heç bir ağıllı başda fanatiklik ola bilməz)və kimsə dini qəbul edib, bacardığı qədər əməl edirsə-- bu onun öz seçimidir. Belə adamları təqib etmək, aşağılamaq, gözdən salmaq da repressiyanın bir növüdür. Daha qatı, daha geniş miqyasda bir repressiyadır!
Və kimsə müsəlman dinini , başqa birisi xristianlığı, digəri katolikliyi və.s. qəbul edirsə, yenə də bu azad seçimdir.
Məs, bizim evdə atam ateist idi. Alimlər ümumiyyətlə dini qəbul eləmir, O, hər şeyin bir elmi əsası var deyirdi.
. Müsəlmanam. Qatı dindar deyiləm. Namazımı qılıram. Mümkün olarsa, orucumu tuturam. Adımın hallanmasının qarşısını almaqla yardım sevərəm. Yardım etdiklərim heç zaman bu hardan gəldi, kim etdi bilmirlər.
Heç zaman Həcc ziyarətinə getməyi arzu etmədim.
Cahil deyiləm. Savadsız deyiləm
Kimsənin haqqına girmərəm. Qəlbini hər halda bilərəkdən qırmaram. Geri zəkalı da deyiləm...
Amma, müsəlmanam!
Hacı adını alıb qeyri işlərlə məşğul olan kişilərə və qadınlara nifrət edirəm. Amma, hacı, kərbalayı olmayanlar da cinayət edir, əxlaqsızlıq edir, pedofiliya ilə məşğul olur, şantaj edir, fırıldaq və digər işlərlə məşğul olur. Deməli, günah dində deyil, başdadır, mənəviyyatdadır, səviyyədədir. Qanla ötürülən genetikadadır. Əsildə, kökdədir.
Əsil dinə qarşı bu manipulyasiya da yaxşı addım deyil!
İstəsəniz məni də çıxarın səhifədən. Mən müsəlmanam. Və...heç bir cahilin ölümünə sevinməyəcək qədər müsəlmanam.
Ən sonda onu qeyd edim ki, İNTİHAR xəstə təxəyyüllü insanların seçimidir. Heç bir ağlı başında olan adam nə intihar edir, nə də hər hansı kitabı yandırır.
P. S
QURANİ KƏRİM hər zaman stol üstü kitabım olsa da , qeyd edim ki, insanlarda bir QURANİ KƏRİMə əl basma fobiyası da var. Yalandan kitaba and içmə qorxusu.
Əgər insanın onun içindəkilərdən xəbəri yoxsa, inanmırsa, qəbul etmirsə , müqəddəs saymırsa fərq etmir hansı kitaba əl basır.
Qurani Kərimə və ya V. Hüqonun səfillərinə. Və.s.
FB-dən Cavadzadə Yazar