Qazi  şair  Həsən Kür vəfat etdi

HÜQUQ 08:19 / 08.07.2025 Baxış sayı: 2069

Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Həsən Kür vəfat edib.

Yenises.az  bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Məlumata görə, halı pisləşən Həsən Zeynallı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, o, beyin qanaması nəticəsində orada dünyasını dəyişib.

Həsən şeirlərinin birində yazırdı :

Harda azdıracaq bu yol görəsən

Hara aparır bu ayaqlar məni.

Anacan dua et, əgər etməsən

Qovar Allahacan günahlar məni.

 

Mən ölsəm bəxtimin bəxti açılar

Dilimin altında neçə söz ölər.

Birdən mən qalaram, anam tez ölər

Tanımaz güzgülər, daraqlar məni

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Həsən Kür Vətən müharibəsi iştirakçısı olub. O, bu ilin fevralında intiharacəhd göstərmişdi