Tural Cəfərli - Səni necə unudum ki,

Ədəbiyyat 10:10 / 10.08.2025 Baxış sayı: 2572

Səni necə unudum ki, göz yaşların inciməsin?!

Gülüşlərin, baxışların, o qaşların inciməsin?!

 

Bəlkə payız fəsli gəlsin, yağış yağsın, unudum?!

Gecə keçsin, səhər olsun, Günəş doğsun, unudum?!

 

Bəlkə qışı yola verim, qar ərisin, unudum?!

Ağaclar çiçək açsın, bar gətirsin, unudum?!

 

Bəlkə çıxıb gedim burdan, ayrı yerdə unudum?!

Cəhd eyləyim, alınmasa, səni bir də unudum?!

 

Bəlkə içib, sərxoş olum, ayılmayıb, unudum?!

Ya da çıxıb adamlıqdan, sayılmayıb unudum?!

 

Səni necə unudum ki, zamanım da boş getsin?!

Günah kimi yazılmasın, Allaha da xoş getsin…?!