İSMAYIL NƏRCANLI İMANZADƏ : - “SEVGİ “ MESSAJLARI

Ədəbiyyat 08:43 / 08.07.2025 Baxış sayı: 1271

 

Sevgi mesajlaı cana od salır,

Qıvrıla-qıvrla qovrulr qızlar.

Analar sızlaya-sızlaya qalır,

Bir əsim mehlə də sovrulur qızlar.

 

Daha gözəlçələrin meydanı geniş,

Pullu kişilərin qızır ”sacları”.

Çoxlayın barlara səsləyir indi.

Fəndgir gədələrin bic mesajları.

 

Qadın var qurşanır “can sevdasına”.

Çiçəyi çırtlayır binamusların.

Oğlanlar qayıtmır yurd-yuvasına,

Mesajlar dalınca sürünür varın...

 

Xəfif pıçıltılı sürtük mesajlar,

Hər gün neçəsini çıxarır təbdən.

Dartılır əsəblər, çatılır qaşlar,

Sədaqət kəlməsi düşdükcə dəbdən...

 

Saflığın çəkilir ərşə yuxusu,

Kötüklər doğranır budaqlar üstə.

Acı tütün iyi, araq qoxusu

Mesajla yayılır dodaqlar üstə.

 

Gülür bəxti üzə ta nadanların,

Fahşə döl tutur söz oynaşından.

Allahın üzünə ağ olanların

Mesajla qazancı aşır başından...

 

“SMS” fəndiylə açılır düyün

Daşınır mesajla evə şəkər, ət.

Qarışır zənglərə havası göyün,

Qapını mesajla açır rüşvət.

 

Üzülür zamanın köksündən anlar,

Solur söz düzümü, layla naxışı.

Kabusa çevrilir mobil telefonlar,

Yağır ekranlardan mesaj yağışı.

 

Ata baş sındırır bir sevda haqda,

Heç soruşan yoxdur ana nə deyir.

Ağsaqqal, ağbirçək qalıb qıraqda,

Elçi mesajlara qızlar ”hə”deyir...

 

İstəklər çat verirr qəlbdə buz kimi,

Pərsəngə züy tutur mizan-tərəzi.

Dolaşır dünyanı bir kabus kimi

Telefon azarı, mesaj mərəzi!.