Elnur Uğur Abdiyev : - Xatirəmin qanadını qanatdı getdi.
jpg-1751948372.jpg)
Ey Vətən aşiqim,
Ey Tanrı sevdalım,
Sən də qoşuldun aşıqlərin köçünə?
Eşqin Kərbəlasından keçdin Qarabağda
Düşmən gülləsi səni öldürmədi,
Səni bizim süniliyimiz öldürdü.
Və biz buna görə cavab verəcəyik bir gün.
Ölüm qurtuluşdur sənin üçün.
Sən aşiq idin,
Aşiqlər ölməz deyiblər.
Aşiqlər eşqin qanadlarında
Hər gün işığa çırpır özünü.
Aşiqlərin eşqi doğur ölümün ölümünü.
Sən də qoşuldun bu köçə,
Köçdün!
Ey haqq elçim-
Həsənim!
Sözünün üstünü gül bəzəyənim,
Xatirələrin o qədərdir ki,
Bu dəqiqə biri düşdü,qırıldı.
Baxdım, ümidlərim qanayırdı hər qırıntıda.
Gözlərimin qarasında,
Bir ağ atlı oğlan çapdı getdi.
Xatirəmin qanadını qanatdı getdi.
